Rumıniya səfiri Bakı Ali Neft Məktəbində olub
24 yanvar 2013 12:43 (UTC +04:00)

Rumıniya səfiri Bakı Ali Neft Məktəbində olub

Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu və səfirliyin birinci katibi Radu Gorinçoy Bakı Ali Neft Məktəbində olub. Bu barədə Lent.az-a ali məktəbin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.  Qonaqları qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin transmilli şirkət olaraq, Azərbaycanda və ölkənin hüdudlarından kənarda, habelə Rumıniyada həyata keçirdiyi bir çox böyük   enerji və digər  layihələrdən  ətraflı söz açıb və Ali Neft Məktəbi haqqında məlumat verib: “Ən müasir standartlara uyğun tədris prosesinin qurulduğu ali məktəb ilə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulub. Bunun nəticəsi olaraq BANM məzunlarına iki diplomun verilməsi nəzərdə tutulub”.

 

Səfir Daniel Kristian Çiobanu bildirib ki, Azərbaycan və Rumıniya arasında enerji, siyasi-iqtisadi, sosial-mədəni, elmi və təhsil sahələrində əməkdaşlıq əlaqələri günü-gündən inkişaf etməkdədir: “Bakı Ali Neft Məktəbi ilə  müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə və Rumıniya Respublikasının   müxtəlif texniki ali məktəbləri ilə  əlaqələr qurulması üçün  dəstək verməyə hazırıq”.

 

Görüşün sonunda səfirə Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” diplomu  verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 509
avatar

Oxşar yazılar