Roma Papası Azərbaycana niyə gəlmişdi?
04 oktyabr 2016 09:54 (UTC +04:00)

Roma Papası Azərbaycana niyə gəlmişdi?

Roma Papasının Azərbaycana səfirinin nəticələri ictimaiyyət tərəfindən hələ də müzakirə olunur. APA TV-nin "Manşet" proqramında səfərin səbəbi və mümkün nəticələri ilə bağlı maraqlı müzakirə aparılıb. Ekspert Nahid Məmmədov bununla bağlı aparıcı İlham Tumasın suallarını cavablandırıb. 

 

Nahid Məmmədov – ekspert

Mövzu: Roma Papası Azərbaycana niyə gəlmişdi?

 

- Ölkəmizdə katoliklərin sayı bir neçə yüz nəfərdir. Buna baxmayaraq, Roma Papası müsəlman Azərbaycana artıq iki dəfə səfər edib. Birinci səfər 2002-ci ildə reallaşmışdı. 
Papa Fransiskin səfəri hər şeydən öncə Azərbaycanın dini və etnik toleratanlıq nümunəsi olduğunu göstərirdi.

 

- Vatikanla Azərbaycan arasında müansibətlərin kökü qədimlərə gedir. Ancaq müstəqil Azərbaycan ilə dünya katolik xristianlarının mərkəzi sayılan Vatikan dövləti arasında diplomatik münasibətlər 1992-ci ilin mayında yaradılıb. Bundan on il sonra, 2002-ci il mayın 22-də həmin dövlətin başçısı, Roma papası II İohann Pavel ilk dəfə olaraq Azərbaycana rəsmi səfərə gəlib.

 

- Biz həmişə tarixən dini azlıqlara hörmətlə yanaşmışıq, onların öz inanclarına uyğun yaşamalarına nəinki mane olmamışıq, hətta öz inanclarına uyğun yaşamalarına şərait yaratmışıq.

 

- Papanın səfəri göstərir ki, Bakının bu istiqamətdə neçə ildir atdığı addılmlar artıq dünya ictimaiyyətini buna inandırıb. Prezident İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etməklə dünyaya sülh mesajı verdi. Eyni zamanda, bu addımla bir daha təsdiq olundu ki, Azərbaycan dövləti öz ərazisində məskunlaşan bütün xalqların mehriban və dostluq şəraitində birgəyaşayışının, onların inkişafının, adət və ənənələrinin qorunmasının təminatçısıdır.

 

- Azərbaycan artıq dünyada multikulturalizm, sivilizasiyalar arasında dialoq məkanı kimi qəbul edilir. Beynəlxalq anlayışda multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət kimi qəbul olunur. Məsələyə bu prizmadan yanaşdıqda Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün zəruri şəraitin mövcudluğunu, dövlətin bu istiqamətdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini görürük. 

 

- Ölkəmizdə uğurlu dini siyasət həyata keçirilir. Dini radikalizmlə mübarizədə medianın rolu birmənalıdır. Biz də Dövlət Komitəsi olaraq hər zaman media ilə sıx əməkdaşlıq edirik və bu əməkdaşlıq bundan sonra daha sıx istiqamətdə davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204
avatar

Oxşar yazılar