Ramil Usubov BMT nümayəndəsi ilə görüşüb
16 yanvar 2013 17:05 (UTC +04:00)

Ramil Usubov BMT nümayəndəsi ilə görüşüb

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov yanvarın 16-da BMT-nin ölkəmizdəki yeni rezident əlaqələndiricisi Antonius Bernardus Bruku qəbul edib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazir qonağı yeni təyinat münasibətilə təbrik edib, BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə Daxili İşlər Nazirliyi arasındakı sıx əməkdaşlıq əlaqələrinin olduğunu xatırladıb. Bildirilib ki, təkcə son 3 ildə respublikada və ayrı-ayrı xarici dövlətlərdə təşkilatın təşəbbüsü ilə keçirilən müxtəlif tədbirlərdə 1000 nəfərdən çox əməkdaşın iştirak edib. Daha sonra qonağa kriminogen durumla bağlı məlumat verilib.

 

Daxili işlər naziri onu da bildirib ki, rəhbərlik etdiyi qurum insan və vətəndaş hüquq və azadlıqlarının təmini ilə bağlı ümumdövlət siyasətinin həyata keçirilməsinə, əməkdaşların peşə hazırlığı sisteminin təkmilləşdirilməsinə xüsusi önəm verir. Görüşdə BMT-nin aidiyyatı qurumları ilə həyata keçirilən layihələr çərçivəsində operativliyin daha da artırılması, texniki və metodiki baxımdan xidməti fəaliyyətin möhkəmləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi sahəsində mühüm işlər görüldüyü qeyd olunub.

 

Səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirən Antonius Bernardus Bruk regional və qlobal miqyasda rolu artmaqda olan ölkəmizdə görülən işləri yüksək qiymətləndirib, xarici ölkə vətəndaşlarının da tam təhlükəsiz mühitdə yaşayıb fəaliyyət göstərdiklərini vurğulayıb və yaradılan şəraitə görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirib. Görüşdə tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanmış, bir sıra digər məsələlər də müzakirə edilib.

               

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630
avatar

Oxşar yazılar