Bu gün Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana ikigünlük rəsmi səfəri başlayır.
“APA-Economics” qonşu ölkənin mətbuatına istinadən xəbər verir ki, Türkmənistan prezidentinin azərbaycanlı həmkarı İlham Əliyevlə müzakirə edəcəyi məsələlərdən biri sənaye-energetika və nəqliyyat sahələrində əməkdaşlığın genişləmdirilməsidir. “Tərəflər Türkmənistan qazının Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya nəqlinin mümkünlüyünü müzakirə edəcəklər. Bununla yanaşı, Xəzər dənizində sərnişin və yük dövriyyəsinin artırılması da müzakirə olunacaq məsələlər arasındadır”, - deyə mətbuat yazır.
Danışıqlar zamanı Xəzərin hüquqi statusuna dair fikir mübadiləsinin aparılması da nəzərdə tutulub.
Görüşün yekununda bir sıra ikitərəfli sənədin imzalanması nəzərdə tutulub.