Qənirə Paşayevanın təklifi Türkiyədə dəstək tapdı
12 dekabr 2015 14:40 (UTC +04:00)

Qənirə Paşayevanın təklifi Türkiyədə dəstək tapdı

Millət vəkili Qənirə Paşayeva Manisada Celal Bayar Universitetinin rəhbərliyi və müəllimləri  ilə görüşüb. Lent.az-ın məlumatına görə, millət vəkilini universitetdə salamlamaqdan məmnunluğunu ifadə edən ali təhsil ocağı rəsmiləri qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən, Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğuqlarını, Universitetdə təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması üçün çalışdıqlarını, tələbələrin burada təhsil almaları üçün hər cür şəraitin yaradıldığını qeyd ediblər. Millət vəkili Qənirə Paşayeva Celal Bayar Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin, artıq 190 nəfər tələbənin burada təhsil almasının müsbət hal olduğunu qeyd edərək, onların burada özlərini öz vətənlərindəki kimi hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib və azərbaycanlı tələbələrin də öz növbəsində Universitetdə Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını bildirib. Millət vəkili, Universitetin rəhbərliyinə və müəllimlərinə Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı geniş məlumatlar verib

 

Millət vəkili Universitetdə Qarabağ mərkəzinin açılması təklifi ilə çıxış edib. O, mərkəz üçün lazım olan kitab, material, sənədli filmlərin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb tərəfindən Universitetə hədiyyə ediləcəyini də deyərək, Qarabağ mərkəzinin vacibliyi və əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparıb. Universitet rəsmiləri təklifi dəstəkləyiblər və yaxın günlərdə bu məsələyə baxılacağını bildiriblər.

 

Görüş zamanı  Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, Türk dünyasının bir sıra qanayan yaraları ətrafında söhbətlə yanaşı gənclərin təhsilə,oxumağa,öyrənməyə daha çox meyilləndirilməsinin önəmi barədə də geniş fikir mübadiləsi aparılıb. Qənirə Paşayeva Celal Bayar Universiteti rəhbərliyinə, müəllimlərə və universitetin kitabxanasına Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, həmçinin özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri”, “ Hocalı Soykırımı: tanıkların dilinden” kitabını və digər kitablarını hədiyyə edib və onları Azərbaycana dəvət edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 106
avatar

Oxşar yazılar