Qənirə Paşayeva Qaraxanlı sakinləri ilə görüşüb
24 oktyabr 2015 11:06 (UTC +04:00)

Qənirə Paşayeva Qaraxanlı sakinləri ilə görüşüb

0

Deputatlığa namizəd Qənirə Paşayeva Tovuz rayonunun Qaraxanlı kəndinin sakinləri ilə görüşüb.

Lent.az-ın məlumatına görə, çoxlu sayda kənd sakininin qatıldığı görüşdə Qənirə Paşayeva bundan sonra da kənd sakinlərinin problemlərinin həllini tapması üçün müvafiq qurumlarla müzakirələr aparacağını və dəstək göstərəcəyini deyib.  Q. Paşayeva sakinlərlə bir-bir görüşüb problemlərinin həlli istiqamətində onları dinləyərək, hökumət qurumlarına müraciət edəcəyinə söz verib.

O, kəndin içməli su məsələsinin yaxşılaşdırılması üçün bir neçə dəfə “Azərsu”ASC-nin sədri Qorxmaz Hüseynov ilə müzakirə apardığını deyib. Millət vəkili kəndin əkin sahələrinin suvarılması sahəsində vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilə, onun nümayəndələri ilə bir neçə dəfə söhbət etdiyini deyərək kənddə yeni artezian quyularının saylarının daha da artmasına olan ehtiyac barədə müzakirələr apardığını vurğulayıb.

Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Kənddə yaşayan fiziki imkanları məhdud insanlarla da görüşən millət vəkili bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Qənirə Paşayeva şəhid ailələri, müharibə əlili və veteranları ilə də görüşərək onların qayğı və problemləri ilə maraqlanıb. Seçicilər millət vəkili ilə görüşdə ön cəbhə kəndlərində ünvanlı sosial yardıma ehtiyac olan insanların daha çox olduğunu bildirərək ona müraciət ediblər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 392

Oxşar yazılar