Millət vəkili Qənirə Paşayeva Tovuz rayonunun Qədirli kəndində seçicilərlə görüşüb.
Lent.az-ın məlumatına görə, görüşdə yeni seçki platformasını açıqlayan Q. Paşayeva kəndin uzun illər ərzində ən ciddi problemi olan yol probleminin həllini tapdığını deyib.
Tovuz rayonunda görülən işlər barədə danışan millət vəkili Qədirlinin orta məktəblərinin təmiri üçün təhsil naziri Mikayıl Cabbarovla müzakirə apardığını və hökumətə müraciət etdiyini deyib. Kəndin əkin sahələrinin suvarılması sahəsində vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilə, onun nümayəndələri ilə bir neçə dəfə söhbət etdiyini deyən millət vəkili kənddə yeni artezian quyularının sayının daha da artmasına olan ehtiyac barədə müzakirələr apardığını vurğulayıb.
Qədirli seçiciləri millət vəkili Qənirə Paşayevanı dəstəkləyəcəklərini bildiriblər.
Sonda Millət vəkili kənddə müəyyən problemləri olan seçicilərlə ayrı-ayrılıqda da görüşüb, geniş müzakirə aparıb. Seçiciləri narahat edən problemlərin həlli istiqamətində bir sıra konkret tədbirlər görülüb.