Qənirə Paşayeva Hunanlar kəndində olub
28 oktyabr 2015 10:31 (UTC +04:00)

Qənirə Paşayeva Hunanlar kəndində olub

0

Millət vəkili Qənirə Paşayeva Hunanlar kəndində seçicilərlə görüşüb.

Lent.az-ın məlumatına görə, seçicilərlə görüşdə Q. Paşayeva Hunanlar kəndinin qaz problemi ilə bağlı  "Azəriqaz"la müzakirə apardığını və yaxın zamanlarda bu məsələnin həllini tapacağını deyib.

Hunanlar seçicilərinin məktəblərin təmiri ilə bağlı müraciətini Təhsil Naziri ilə müzakirə etdiyini və üstəlik hökumətə müraciət etdiyini deyən Q.Paşayeva bu məsələnin də tezliklə həll olunacağını bildirib.

Görüşdə iştirak edən seçicilər Q.Paşayevaya seçkilərdə dəstək olacaqlarını bildiriblər.

Millət vəkili  Hunanların xəstə olan kənd sakinlərinin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşən Q.Paşayeva onlarla bağlı  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Seçicilər millət vəkili ilə görüşdə ünvanlı sosial yardıma ehtiyac olan insanların daha çox olduğunu bildirərək ona müraciət ediblər.

Sakinlər kənddə əsasən iş yerlərinin artmasına xidmət edən layihələrə böyük ehtiyac olduğunu vurğulayıblar. Kənd sakinləri ilə görüşdən sonra bir sıra vətəndaşları tək-tək də dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər aparan Millət vəkili məsələlərin həlli  istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 305

Oxşar yazılar