Qazaxda monitorinq olacaq
22 yanvar 2013 10:59 (UTC +04:00)

Qazaxda monitorinq olacaq

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 23-də Qazaxın Məzəm kəndinin 2,5 km şərq istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Yevgeniy Şarov? təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Xristo Xristov və şəxsi köməkçisi Uilyam Prayor keçirəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 541
avatar

Oxşar yazılar