APA – nın məlumatına görə, bunu Azərbaycan Diplomatik Akademiyasında keçirilən tədbirdə Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin keçmiş vitse prezidenti Provera Fiorella bildirib.
Ermənistanı işğalçılıq siyasətinə görə qınayan P. Fiorella qeyd edib ki, bu münaqişə dərhal həll olunmalı, Azərbaycanın əraziləri geri qaytarılmalıdır: “Axı, bir dövlət güc yolu ilə necə müdaxilə edib başqa bir dövlətin ərazisini tuta bilər? Bu qətiyyən qeyri- etikdir”. Senator bildirib ki, bu münaqişəyə baxmayaraq Azərbaycan güclü inkişaf yolu keçib ki, bu təqdirəlayiqdir: “Hesab edirəm bu, Azərbaycan üçün böyük imkanlar verir”.