Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 17:07 (UTC +04:00)

Bakının bu rayonu sabahdan susuz qalacaq

Bakının Xətai rayonunun su təchizatında fasilə yaranacaq.

Bu barədə Lent.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, fasilə Xətai rayon ərazisindən keçən içməli su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədardır. Bu səbəblə iyulun 16-ı saat 22:00-dan 17-si axşam saatlarına qədər rayonun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.

17 iyul axşam saatlarından etibarən suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə bərpa ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 790

Oxşar yazılar