Milyard  necə bölündü? -   Klublararası dünya çempionatında komandaların qazancı
15 iyul 2025 20:15 (UTC +04:00)

Milyard necə bölündü? - Klublararası dünya çempionatında komandaların qazancı

İyulun 13-də ilk dəfə dünyanın hər yerindən 32 komandanı bir araya gətirən Klublararası dünya çempionatı başa çatıb. Böyük finalda "Çelsi" PSJ üzərində inamlı qələbə qazanaraq çempion olub. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, kubok uğrunda mübarizədən əlavə, turnirdə həm də rekord məbləğdə 1 milyard dollar pul mükafatı verilib ki, onun bölüşdürülməsi olduqca qeyri-mütənasib olub.

2025-ci il dünya çempionatında klublar nə qədər pul qazanıb?

Turnirin ümumi mükafat fondu iki əsas hissəyə bölünüb:

* 525 milyon dollar - Klublararası dünya çempionatında iştirak üçün

* 475 milyon dollar - turnirdəki nəticələrə görə

Maraqlıdır ki, iştirak üçün vəsaitin bölgüsü bərabərlikdən uzaq olub. Təkcə turnirdə iştiraka görə ən çox Avropa klubları qazanıb - 12,8 milyon dollardan 38,1 milyon dollara qədər (klubun reytinqindən asılı olaraq).

Cənubi Amerikanın nümayəndələri bir az daha çox alıblar. Söhbət 15,21 milyon dollardan gedir.

Şimali Amerika, Afrika və Asiya klubları 9,55 milyon dollar zənginləşib.

Lakin Okeaniyadan olan komandalar, məsələn, “Oklend Siti” iştiraklarına görə cəmi 3,58 milyon dollar qazanıblar.

Turnirin nəticələrinə əsasən mükafat bölgüsü:

* Qrup mərhələsində qalibiyyət: 2 milyon dollar

* Qrup mərhələsində heç-heçə: 1 milyon dollar

* 1/8 mərhələyə çıxmaq: 7,5 milyon dollar

* 1/4 finala yüksəlmək: 13,125 milyon dollar

* Yarımfinala çıxmaq: 21 milyon dollar

* Finala çıxmaq: 30 milyon dollar

* Turnirin qalibi: 40 milyon dollar

Kim nə qədər qazanıb: pul mükafatının liderləri və autsayderləri

Turnirin ən böyük benefisiarı isə ümumilikdə 114,6 milyon dollar qazanan çempion – Londonun “Çelsi” komandası olub. Bu məbləğin böyük hissəsi (demək olar ki, 85 milyon) finalda qələbə də daxil olmaqla, uğurlu çıxışların mükafatıdır.

“Mançester Siti”nin işi maraqlıdır: onlar iştirak üçün ən böyük məbləği (37,6 milyon dollardan çox) alsalar da, meydandakı nəticələri yalnız əlavə 14,1 milyon dollar qazandırıb. Bu, onlara 51,7 milyon dollar məbləğində pul mükafatı reytinqində yalnız yeddinci yeri tutmağa imkan verib.

Beş klub – “Paçuka”, “Sietl Saunders”, “Ulsan”, “Urava Red Daymonds” və “Vidad” - hər biri 9,6 milyon dolları yalnız iştiraka görə qazanıblar. Ən az gəliri 4,6 milyon dollarla Yeni Zelandiyanın “Oklend Siti” qazanıb (turnirdə bir heç-heçə sayəsində).

Bununla belə, təvazökar məbləğə baxmayaraq, bu mükafat pulu onların illik gəlirlərinin təsir edici 676 faizini təşkil edir və turnirin hətta kiçik klublar üçün də əhəmiyyətini vurğulayır.

Klublararası dünya çempionatında klubların gəlir cədvəli:

1. "Çelsi" (İngiltərə) - 114,6 milyon dollar

2. PSJ (Fransa) - 106,9 milyon dollar

3. “Real” (İspaniya) - 82,5 milyon dollar

4. “Fluminense” (Braziliya) - 60,8 milyon dollar

5. "Bavariya" (Almaniya) - 58,2 milyon dollar

6. "Borussiya Dortmund" (Almaniya) - 52,3 milyon dollar

7. “Mançester Siti” (İngiltərə) – 51,7 milyon dollar

8. “Palmeyras” (Braziliya) - 39,8 milyon dollar

9. “İnter” (İtaliya) – 36,8 milyon dollar

10. “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) - 34,2 milyon dollar

11. “Benfika” (Portuqaliya) - 32,2 milyon dollar

12. “Flamenqo” (Braziliya) - 27,7 milyon dollar

13. “Botafoqo” (Braziliya) - 26,7 milyon dollar

14. "Yuventus" (İtaliya) - 26,6 milyon dollar

15. “Porto” (Portuqaliya) - 24,0 milyon dollar

16. “Atletiko” Madrid (İspaniya) - 21,4 milyon dollar

17. “İnter Mayami” (ABŞ) - 21,1 milyon dollar

18. “Monterrey” (Meksika) - 21,1 milyon dollar

19. “River Pleyt” (Argentina) - 18,2 milyon dollar

20. “Boka Xuniors” (Argentina) - 17,2 milyon dollar

21. “Zalsburq” (Avstriya) - 15,8 milyon dollar

22. “Mamelodi Sandaunz” (Cənubi Afrika) - 12,6 milyon dollar

23. “Əl-Əhli” (Misir) - 11,2 milyon dollar

24. “Əl-Ayn” (BƏƏ) - 11,2 milyon dollar

25. “Esperans” (Tunis) - 11,2 milyon dollar

26. “Los-Aneles” (ABŞ) - 10,6 milyon dollar

27. “Paçuka” (Meksika) - 9,6 milyon dollar

28. “Sietl Sounders” (ABŞ) - 9,6 milyon dollar

29. “Ulsan2 (Koreya Respublikası) - 9,6 milyon dollar

30. “Urava Red Daymonds” (Yaponiya) - 9,6 milyon dollar

31. “Vidad” (Mərakeş) - 9,6 milyon dollar

32. “Oklend Siti” (Yeni Zelandiya) - 4,6 milyon dollar

Bu Klublararası dünya çempionatı təkcə miqyasına görə deyil, həm də müəyyən qeyri-mütənasibliyə baxmayaraq, müxtəlif qitələrin klubları üçün yeni imkanlar açan əhəmiyyətli maliyyə mükafatlarına görə tarixə düşüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548

Oxşar yazılar