Gənc oğlan qayıanasının pul və qızıllarını  oğurladı
15 iyul 2025 12:51 (UTC +04:00)

Gənc oğlan qayıanasının pul və qızıllarını oğurladı

Rusiyanın Moskva şəhərində gənc oğlan qayınanasını qarət edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kirovoqradskaya küçəsindəki binalardan birində qeydə alınıb.

Daxili İşlər Nazirliyinin verilən məlumata görə, gənc oğlan üzünü gizlətmək üçün tibbi maska taxıb. Binanın girişinə bu şəkildə daxil olan oğlan 54 yaşlı qayınanasının mənzilini açmaq üçün ona məxsus açardan istifadə edib və təxminən 250 min rubl dəyərində pul və qızıl-zinət əşyalarını oğurlayıb.

Şübhəli saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 458

Oxşar yazılar