Evlərdən 100 min manatdan  çox OĞURLUQ - 22 yaşlı qız TUTULDU
15 iyul 2025 12:24 (UTC +04:00)

Evlərdən 100 min manatdan çox OĞURLUQ - 22 yaşlı qız TUTULDU

Bakının Nizami rayonunda evlərin birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayonun Q.Qarayev prospektində yerləşən evdən 30000 dollar və 12000 manat oğurlanması barədə zərərçəkən şəxs polisə müraciət edib. Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Analoji hadisə Sabunçu rayonunda da baş verib. Evlərin birindən 25000 manat və 20000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə daxil olmuş müraciət əsasında keçirilən tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş 56 yaşlı İ.Çurin müəyyən edilərək saxlanılıb.

Abşeron rayonunda isə mağazaların birindən 1400 manat oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 44 yaşlı R.Xəlilov da polis əməkdaşları tərəfindən saxlanılıb. 

Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 634

Oxşar yazılar