İsti havalarda soyuq su içməyin  TƏHLÜKƏSİ
15 iyul 2025 18:25 (UTC +04:00)

İsti havalarda soyuq su içməyin TƏHLÜKƏSİ

Həkim Xorxe Anxel insanları isti havalarda soyuq su içməməyə çağırıb.

Lent.az xəbər verir ki, o, müsahibəsində susuzluğu yatırmaq üçün bu metodun təhlükəli nəticələri barədə xəbərdarlıq edib:

"Soyuq su içmək əzələ kramplarına səbəb ola bilər. Çünki temperaturun qəfil dəyişməsi əzələlərin fəaliyyətini pozur və ağrılı daralmalara səbəb olur".

Soyuq su həmçinin həzm problemlərinin, yəni qəbizlik və ishalın inkişaf riskini artırır. Ancaq həkim ən təhlükəli nəticəni hətta infarktla nəticələnə bilən istilik şoku adlandırıb. Bu baxımdan o, soyuq suyu udmazdan əvvəl bir az isinsin deyə ağzınızda saxlamağı tövsiyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 432

Oxşar yazılar