Psixoloji çətinliklər, ailə münaqişələri və ya maliyyə mübahisələri səbəbindən bəzi ulduzlar müstəqil qərar vermək hüququnu itiriblər və onların üzərində rəsmi qəyyumluq təyin olunub.
Lent.az şöhrət və populyarlığa baxmayaraq, hüquqi nəzarət altına düşən beş məşhur şəxs haqqında məlumat verir.
Vendi Villiams
“Pulum yoxdur. Əgər bu mənim başıma gəlibsə, deməli hər kəsin başına gələ bilər” – sənədli film “Wendy Williams haradadır?”da bu etiraf hər kəsi şoka saldı. 2022-ci ilin mayında Wells Fargo bankı məhkəməyə müraciət edərək Vendi üzərində maliyyə qəyyumluğu tələb edib. Bank hesab edirdi ki, yaddaş problemləri olan Wendy dələduzluğun qurbanına çevrilə bilər.
Ötən il ona demensiya diaqnozu qoyulub. Hazırda Uilliams hələ də öz pullarını idarə etmək hüququ uğrunda mübarizə aparır.
Britni Spirs
Britneyin hekayəsi ən səs-küylülərdən biridir. 2007-ci ildə qeyri-sabit davranışlarına görə onun atası müvəqqəti qəyyumluq təşəbbüsü ilə çıxış etdi, bu isə sonradan daimi oldu.
13 ildən artıq müddətdə Britni faktiki olaraq nəzarət altında yaşayıb – hətta ona uşaqlıqdan qorunma vasitəsini (spiralı) çıxarmağa belə icazə verilməyib.
Bu vəziyyət bütün dünyada dəstək dalğası yaratdı və #FreeBritney hərəkatına çevrildi.
Nəhayət, 2021-ci ildə məhkəmə qəyyumluğu ləğv etdi və Britni yenidən həyatını öz qaydaları ilə yaşamağa başladı.
Amanda Bynes
Bir vaxtlar Nickelodeon kanalının sevimlisi olan Amanda ciddi psixi sağlamlıq problemləri fonunda ekranlardan itib. 2013-cü ildə psixiatriya xəstəxanasına yerləşdirilib və bundan az sonra anası onun qəyyumu olub. O vaxtdan Amanda bərpa yolunda çətin mərhələlər keçib və 2022-ci ildə ailəsinin dəstəyi ilə nəhayət qəyyumluqdan azad edilib.
Mişel Oher
“Görünməz Tərəf” filmi ilə tanınan futbolçu Mişel Oher də qəyyumluqla üzləşmiş məşhurlardandır. Onun hekayəsi milyonlarla insanı təsirləndirib, lakin görünən qədər mükəmməl olmayıb. Tuşi ailəsinin onu övladlığa götürdüyü düşünülüb, amma əslində 18 yaşı tamam olanda onun üzərində hüquqi qəyyumluq əldə edib.
Oherin sözlərinə görə, ailə onun hekayəsindən gəlir əldə edib, o isə öz həyatı üzərində lazımi nəzarətə malik olmayıb. 2023-cü ildə o, bu hüquqi razılaşmadan rəsmi şəkildə azad olunub.
Brian Vilson
The Beach Boys qrupunun əfsanəvi üzvü Brian Vilson çox şeylər yaşayıb – psixoloji pozğunluqlardan tutmuş bipolyar pozğunluğa qədər. Hələ 1990-cı illərdə o, məhkəmə qəyyumluğu altına salınıb. Daha sonra onun həyat yoldaşı Melinda Ledbetter rəsmi qəyyumu olub.
2024-cü ilin yanvarında Melindanın vəfatından sonra qəyyumluq ailənin yaxın dostlarına keçib. Bütün bunlara baxmayaraq, Brian hələ də səhnəyə çıxır, lakin uzun müddətdir ki, müstəqil həyat yaşamır.