Keçmiş sevgilisinin evini PARTLATDI
15 iyul 2025 16:33 (UTC +04:00)

Keçmiş sevgilisinin evini PARTLATDI

Rusiyanın Moskva vilayətində kişi keçmiş sevgilisinin evinə soxularaq orada partlayış törədib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Troitski inzibati baş verib. Saratov vilayətinin 29 yaşlı sakini pəncərəni sındıraraq evə daxil olub. Az sonra evdə güclü partlayış səsi eşidilib. Rusiya Qvardiyasının Moskva üzrə Baş İdarəsinin qeyri-departament mühafizəsinin ekipajı hadisə yerinə gedib və yaralı Saratov sakinini evin yaxınlığında aşkarlayıb.

Zərərçəkmiş xəstəxanaya aparılıb. Onun sağlamlığa ağır xəsarət yetirilməsi ilə nəticələnən yol hərəkəti qaydalarını pozduğuna görə axtarışda olduğu müəyyən edilib. İstintaq kişinin keçmiş sevgilisinin evinə niyə girdiyini və partlayışı necə törətdiyini araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 442

Oxşar yazılar