Bu rayonda 21 kəndin qazı kəsiləcək
15 iyul 2025 15:59 (UTC +04:00)

Bu rayonda 21 kəndin qazı kəsiləcək

0

Sabirabadda qaz təchizatında fasilə yaranacaq.

Lent.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, fasilə diametri 315 mm olan "Nərimankənd-Ulacalı" ortatəzyiqli yeraltı qaz kəmərində və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədilə əlaqədardır. Bu səbəbdən iyulun 16-da saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun 21 kəndində - Nərimankənd, Qaratəpə, Yastıqobu, Əhmədabad, Ulacalı, Mürsəlli, Şıxlar, Qaralar, Məmişlər, Kürkəndi, Əsədli, Qəfərli, Suqovşan, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (ümumi 9 638 abonent) "Nərimankənd" QPS-dən qidalanan "Nərimankənd" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1897

Oxşar yazılar