Beyons konsertdən əvvəl  qarət olundu
15 iyul 2025 14:51 (UTC +04:00)

Beyons konsertdən əvvəl qarət olundu

Amerikalı müğənni Beyons qarət olunub.

Lent.az xarici mediaya istinadla bildirir ki, cinayət müğənninin komandasına qarşı törədilib. Sənətçinin Atlantadakı konsertindən az əvvəl oğrular Beyonsun xoreoqrafı Kristofer Qrantı və rəqqasə Deandre Blyu qarət ediblər. 

İyulun 8-də onların avtomobilinə daxil olan oğrular bahalı geyim və avadanlıqları oğurlayıblar.

Oğurlanan əşyalar arasında Beyonsun məxfi əmlakı da var. Oğrular müğənninin yayımlanmamış musiqisini, onun Kovboy Karterin qastrol şoularının çəkiliş planlarını, keçmiş və gələcək çıxışları haqqında məlumatları ehtiva edən sərt diski də götürüblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları oğurlanmış qulaqlıqlardakı lokatordan istifadə edərək təcavüzkarı izləyə biliblər. Avtomobilin üzərində də barmaq izləri aşkar edilib və müşahidə kameraları oğurluğu qeydə alıb. Artıq hadisəni törədən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Lakin oğrunun adı açıqlanmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 408

Oxşar yazılar