Tacikistana rəsmi səfərə gələn Azərbaycan prezidenti İlham Əliyevin Düşənbədə Millət Sarayında rəsmi qarşılanma mərasimi olub.
Lent.az-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Emoməli Rəhmon Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.
Azərbaycan Respublikasının nümayəndə heyətinin üzvləri prezident Emoməli Rəhmona, Tacikistan Respublikasının dövlət və hökumət nümayəndələri prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Prezidentlər rəsmi foto çəkdiriblər.
Prezidentin Tacikistanda rəsmi qarşılanma mərasimi olub
0
0
0
0