Prezident Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib
27 iyun 2017 16:00 (UTC +04:00)

Prezident Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib

Prezident İlham Əliyev iyunun 27-də Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, abidənin qarşısında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Prezident İlham Əliyev “Əbədi məşəl”in önünə əklil qoyub, İkinci Dünya müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini ehtiramla yad edib.

 

Azərbaycanın və Polşanın dövlət himnləri səsləndirilib.

 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçısının qarşısından keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 229
avatar

Oxşar yazılar