Prezident İlham Əliyev Serbiyanın keçmiş prezidenti Boris Tadiçi qəbul edib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən qısa vaxt ərzində böyük işlər görüldüyü və bu qurumun mühüm beynəlxalq təşkilata çevrildiyi qeyd edilib.
Görüşdə həmçinin mərkəzin təşkil etdiyi Qlobal Bakı Forumunda müzakirə olunan məsələlərin beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb və ölkəmizin təbliğində Forumun əhəmiyyətindən danışılıb.