Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan və Rusiya hökumətləri arasında ikitərəfli hərbi-texniki əməkdaşlığın gedişində istifadə edilən və əldə edilmiş əqli fəaliyyətin nəticələrinə hüquqların qarşılıqlı mühafizəsi haqqında 4 dekabr 2006-cı il tarixli sazişdə dəyişiklik edilməsi barədə Protokolun təsdiqi haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Nazirlər Kabinetinə sərəncamın birinci hissəsində göstərilən protokolun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək, Xarici İşlər Nazirliyinə isə protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya hökumətinə bildiriş göndərmək tapşırılıb.