Prezident latviyalı həmkarı ilə görüşüb
22 iyun 2015 13:23 (UTC +04:00)

Prezident latviyalı həmkarı ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev Latviyanın yeni seçilmiş prezidenti Raymonds Veyonislə görüşüb.

 

APA-nın məlumatına görə, dövlət başçısı R. Veyonisi Latviya prezidenti seçilməsi münasibətilə təbrik edib, ona ali dövləti fəaliyyətində uğurlar arzulayıb.

 

Prezident İlham Əliyev Azərbaycanla Latviya arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

 

R. Veyonis isə Latviya-Azərbaycan əməkdaşlığının yaxşı səviyyədə olduğunu bildirib, ölkələrimizin iş adamları, müxtəlif nazirliklər və qurumlar arasında əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 144
avatar

Oxşar yazılar