Prezidentin Gürcüstanda rəsmi qarşılanma mərasimi olub
05 noyabr 2015 18:08 (UTC +04:00)

Prezidentin Gürcüstanda rəsmi qarşılanma mərasimi olub

0

Gürcüstan Prezident Sarayında bu ölkədə rəsmi səfərdə olan Azərbaycan prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev həmkarıGeorgi Marqvelaşvili tərəfindən qarşılanıb. Fəxri qarovul dəstəsinin rəhbəri hər iki prezidenti salamlayıb, sonra dövlət himnləri səsləndirilib. Gürcüstanın dövlət və hökumət nümayəndələri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə prezident Georgi Marqvelaşviliyə təqdim olunub.

 

Sonra Gürcüstan və Azərbaycan prezidentlərinin təkbətək görüşü başlayıb. Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş keçiriləcək. Sonda hər iki prezident Bəyannamə imzalayacaq. Mətbuat konfransının keçirilməsi də nəzərdə tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 530

Oxşar yazılar