“Sizin Azərbaycana səfəriniz Vatikan-Azərbaycan əlaqələri, eyni zamanda svilizasiyalararası dialoq üçün böyük əhəmiyyət kəsb edir".
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham ƏliyevRoma papası Fransisklə görüşü zamanı deyib. Dövlət başçısı papanı Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirib: ”Sizin səfəriniz tarixi bir səfərdir. Çox təşəkkür edirəm ki, dəvətimi qəbul edib Azərbaycana səfər etdiniz. Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi sülh və mehribanlıq şəraitində yaşayır".
*****
15:57
Oktyabrın 2-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Roma Papası Fransisk ilə görüşü olub. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da görüşdə iştirak edib.