Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunu qəbul edib.
APA-nın məlumatına görə, Sergey Şoyqu avqustun 14-də Bakıya gəlib.
Bakıda 14-15 avqust tarixlərində işgüzar səfərdə olacaq S. Şoyqu Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşəcək və görüşdə hərbi-texniki əməkdaşlıq, o cümlədən Dağlıq Qarabağ probleminin müzakirə olunacağı gözlənilir.