Prezident İlham Əliyev Pakistanda baş vermiş terror aktı ilə bağlı həmkarı Məmnun Hüseynə başsağlığı verib.
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, başsağlığında deyilir:
“Mastunq şəhərində törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.
Biz bu amansız terror aktından son dərəcədə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını zəruri və vacib hesab edirik.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!”