<span style="color:red;">Prezident ATƏT-i sərt tənqid etdi:  "...öz mandatını kobud şəkildə pozaraq"
01 noyabr 2015 15:28 (UTC +04:00)

Prezident ATƏT-i sərt tənqid etdi: "...öz mandatını kobud şəkildə pozaraq"

0

Prezident İlham Əliyev noyabrın 1-də Malta parlamentinin spikeri Anqlu Farucanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, İlham Əliyev Malta parlamentinin spikeri Anqlu Farucanın ölkəmizə səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib. Spiker Anqlu Faruca Malta ilə Azərbaycan arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu və əlaqələrimizin gücləndirilməsinin zəruriliyini vurğulayıb. Anqlu Faruca Azərbaycana səfərlərini, həmçinin 4 il bundan əvvəlki ATƏT və Avropa Şurasından olan nümayəndə heyətinin tərkibində Azərbaycana səfəri zamanı prezident İlham Əliyevlə görüşünü  xatırlayıb.

 

Prezident İlham Əliyev iki ölkə arasında müxtəlif səviyyələrdə çox fəal təmasların olduğunu vurğulayaraq, Malta baş nazirinin Azərbaycana səfərləri zamanı onunla səmərəli müzakirələrin aparıldığını deyib. Ölkələr arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən prezident İlham Əliyev Azərbaycan və Maltanın həyata keçirdikləri müxtəlif layihələrin önəmini qeyd edib. Ölkələrarasında çox yaxın və dost münasibətlərin olduğunu qeyd edən dövlət başçısı Azərbaycanın Malta ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək istəyində olduğunu deyib.

 

Azərbaycanda keçirilən parlament seçkilərinə toxunan prezident İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmək üçün dəvət göndərildiyini, lakin həmin qurumun bu məsələni ATƏT Parlament Assambleyasının daimi komitəsində müzakirəyə çıxarmadan və ATƏT-in baş katibini məlumatlandırmadan öz mandatını kobud şəkildə pozaraq parlament seçkilərini müşahidə etməmək barədə qərar qəbul etdikləri bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 424

Oxşar yazılar