Prezident İlham Əliyev Keniya respublikasının prezidenti Uhuru Kenyattaya təbrik məktubu göndərib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir: “
Keniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Keniya xalqına sülh və tərəqqi arzulayıram”.