Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə keçirilən Azərbaycan-Ermənistan prezidentlərinin görüşündə iştirak etmək üçün İsveçrə Konfederasiyasının Bern şəhərinə gedib.
Lent.az prezidentin saytına istinadən xəbər verir ki, Azərbaycan prezidenti bu gün İsveçrə Konfederasiyasının Bern şəhərinə yola düşüb və artıq Berndədir.