Yanvarın 24-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerin görüşü olub. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanla İsveçrə arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, xüsusilə də enerji sektorunda inkişaf perspektivlərinin önəmi vurğulanıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezident Ueli Maurer son illərdə Azərbaycanın qazandığı yüksək iqtisadi nailiyyətlərə görə prezident İlham Əliyevi təbrik edib.