Prezident Gürcüstanın xarici işlər nazirini qəbul edib
07 mart 2016 13:32 (UTC +04:00)

Prezident Gürcüstanın xarici işlər nazirini qəbul edib

 

 Prezident İlham Əliyev Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzeni qəbul edib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycana ilk rəsmi səfərindən məmnunluğunu bildirən Mixeil Canelidze iki ölkənin müvafiq qurumları tərəfindən birgə işlərin və həyata keçirilən bütün layihələrin fəal şəkildə davam etdirildiyini söyləyib.

 

Hər iki ölkənin xarici işlər nazirlərinin əlaqələrinin mütəmadi xarakter daşıdığını deyən prezident İlham Əliyev Azərbaycan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında əməkdaşlığın önəmini qeyd edib. Azərbaycan ilə Gürcüstan arasında bir sıra məsələlərin uğurla həll edildiyini və ölkələrimizin bir-birinə daha da yaxınlaşdığını bildirən və əməkdaşlığın fəal şəkildə davam etdirildiyini vurğulayan prezident İlham Əliyev ölkələr arasındakı əlaqələrin siyasi, iqtisadi, energetika, humanitar sahələrdə və eləcə də çoxtərəfli formatda daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib.

 

Dövlət başçısı Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzenin Azərbaycana səfərinin ölkələr arasında cari il üçün birgə tədbirlərin proqramının nəzərdən keçirilməsi baxımından yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 281
avatar

Oxşar yazılar