İlham Əliyev fransalı həmkarını təbrik edib
13 iyul 2016 18:04 (UTC +04:00)

İlham Əliyev fransalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Fransa Respublikasının prezidenti Fransua Ollanda təbrik məktubu göndərib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

 

“Fransa Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

 

Azərbaycan Fransa ilə münasibətlərə böyük əhəmiyyət verir. Daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız ikitərəfli münasibətlərimizin dinamik və hərtərəfli inkişafının bariz nümunəsidir.

 

Biz həmçinin Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinə son qoyulması, işğal edilmiş torpaqlarımızın azad edilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın öz doğma yurd-yuvasına qayıtması üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa Respublikasının və şəxsən Sizin, cənab Prezident, səylərinizin tezliklə nəticə verəcəyinə böyük ümidlər bəsləyirik.

 

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 193
avatar

Oxşar yazılar