Prezident İlham Əliyev Əhməd Davudoğlunu təbrik etdi
02 noyabr 2015 13:23 (UTC +04:00)

Prezident İlham Əliyev Əhməd Davudoğlunu təbrik etdi

 

Prezident İlham Əliyev Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğluna təbrik məktubu ünvanlayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, məktubda deyilir:

 

“Hörmətli cənab Baş nazir,

 

Rəhbərlik etdiyiniz Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisinə seçkilərdə qazandığı inamlı qələbə münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

 

Seçkilərin nəticələri Türkiyə cəmiyyətinin sabitliyə, əmin-amanlığa və inkişafa dəstəyinin və milli iradəsinin parlaq təzahürüdür.

 

Əminəm ki, zamanın sınaqlarından çıxmış strateji tərəfdaşlıq əlaqələrimiz və müstəsna xarakter daşıyan münasibətlərimiz xalqlarımızın rifahı və ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra daha da genişlənəcək və möhkəmlənəcəkdir.

 

Zəfər sevincinizi Sizinlə bölüşür, Sizə, Ədalət və İnkişaf Partiyasının bütün üzvlərinə uğurlar diləyirəm”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 191
avatar

Oxşar yazılar