Prezidentdən Əhməd Davudoğluna <span style="color:red;">TƏBRİK ZƏNGİ
02 noyabr 2015 17:41 (UTC +04:00)

Prezidentdən Əhməd Davudoğluna TƏBRİK ZƏNGİ

 

Prezident İlham Əliyev noyabrın 2-də Türkiyənin Baş naziri Əhməd Davudoğluna telefonla zəng edib.

 

Lent.az-ın prezidentin mətbuat xidmətinə istinadən məlumatına görə, dövlət başçısı baş nazir Əhməd Davudoğlunu rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

 

Göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını ifadə edən baş nazir öz növbəsində hakim Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbəsi münasibətilə prezident İlham Əliyevə təbriklərini çatdırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 269
avatar

Oxşar yazılar