Prezident İlham Əliyev Böyük Britaniya MOK-in prezidentini qəbul edib
21 yanvar 2013 13:44 (UTC +04:00)

Prezident İlham Əliyev Böyük Britaniya MOK-in prezidentini qəbul edib

Prezident İlham Əliyev Böyük Britaniya Milli Olimpiya Komitəsinin prezidenti, London Olimpiya Oyunlarının icraçı direktoru Lord Sebastyan Koeni qəbul edib. Lent.az-ın Azərbaycan prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı XXX London Yay Olimpiya Oyunlarının yüksək səviyyədə təşkil olunması münasibətilə Böyük Britaniya Milli Olimpiya Komitəsinin prezidenti, London Olimpiya Oyunlarının icraçı direktoru Lord S. Koeni təbrik edib.

 

Prezident İlham Əliyev onun Azərbaycana bu səfərinin ölkəmizlə tanış olmaq üçün yaxşı imkan yaradacağını deyib.

 

Böyük Britaniya Milli Olimpiya Komitəsinin prezidenti, London Olimpiya Oyunlarının icraçı direktoru öz növbəsində Azərbaycan idmançılarının XXX London Yay Olimpiya Oyunlarında əldə etdikləri uğurlar münasibətilə dövlət başçısına təbriklərini çatdırıb. O, səfəri zamanı Birinci Avropa Oyunlarının keçiriləcəyi idman obyektləri və eləcə də paytaxtımızla yaxından tanış olacağını vurğulayıb.

Görüşdə ölkəmizdə idmanın bütün növlərinin inkişafı ilə bağlı görülən işlərin önəmi vurğulanıb, Azərbaycanın dünya Olimpiya hərəkatındakı rolu qeyd olunub, ölkəmizin beynəlxalq idman təşkilatları ilə əməkdaşlığının gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412
avatar

Oxşar yazılar