<span style="color:red;">İlham Əliyev:  “ATƏT-in seçkiləri müşahidədən imtina etmək hüququ yoxdur”
01 noyabr 2015 15:43 (UTC +04:00)

İlham Əliyev: “ATƏT-in seçkiləri müşahidədən imtina etmək hüququ yoxdur”

0

 

Prezident İlham Əliyev Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərin işləri üzrə komitəsinin sədri Leonid Slutskini qəbul edib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Leonid Slutski Rusiya Federasiyası Dövlət Dumasından və MDB Parlament Assambleyasından ibarət müşahidəçi missiyaya rəhbərlik etdiyini deyərək onların avqust ayından başlayaraq seçkilərə hazırlıq prosesi ilə bağlı monitorinqlər apardıqlarını bildirib.

 

Bu gün bir neçə məntəqədə səsvermənin gedişini müşahidə etdiklərini vurğulayan L.Slutski bildirib ki, Qərbin bəzi dairələrinin verdiyi proqnozlardan fərqli olaraq məntəqələrdə heç bir qanun pozuntusu qeydə alınmayıb, əksinə əvvəlki seçkilərlə müqayisədə daha böyük irəliləyişlərə görülür.

 

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidədən imtina etməsi məsələsinə toxunan Leonid Slutski qeyd edib ki, bu təşkilat qəbul etdiyi qərarla siyasi baxımdan Avropa ictimaiyyətinə bir institut kimi artıq öz dövrünü başa vurduğunu göstərib.

 

ATƏT-in seçkiləri müşahidədən imtina etməklə bağlı təkbaşına qərar vermək hüququna malik olmadığını vurğulayan dövlət başçısı bu qurumun bütün qaydaları və reqlamenti pozduğunu bildirib: “ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun vəzifəsi seçkini müşahidə etməkdir. Bildiyiniz kimi, biz onları dəvət etdik və ayrı-ayrı ölkələrə müşahidəçilərin sayının müəyyən edilməsi metodologiyası ilə bağlı izahat vermələrini xahiş etdik. Onlar bizə cavab vermək əvəzinə, ümumiyyətlə, müşahidəçi göndərməməyi qərara aldılar”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 387

Oxşar yazılar