İlham Əliyevdən Pakistan və Əfqanıstan prezidentlərinə başsağlığı
27 oktyabr 2015 17:48 (UTC +04:00)

İlham Əliyevdən Pakistan və Əfqanıstan prezidentlərinə başsağlığı

0

Prezident İlham Əliyev əfqanıstanlı həmkarı  Məhəmməd Əşrəf Qaniyə başsağlığı verib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident, 

Ölkənizdə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!”

Prezident İlham Əliyev eləcə də, pakistanlı həmkarı Məmnun Hüseynə də başsağlığı verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar