Prezident gürcüstanlı həmkarına başsağlığı verdi
14 iyun 2015 22:17 (UTC +04:00)

Prezident gürcüstanlı həmkarına başsağlığı verdi

0

Azərbaycan prezidenti İlham Əliyev gürcüstanlı həmkarı Georgi Marqvelaşviliyə başsağlığı verib.

 

Lent.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir: “Tbilisi şəhərində baş vermiş təbii fəlakət nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

 

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 225

Oxşar yazılar