Prezident Əfqanıstanlı həmkarını təbrik edib
18 avqust 2016 18:08 (UTC +04:00)

Prezident Əfqanıstanlı həmkarını təbrik edib

 

Prezident İlham Əliyev Əfqanıstanın prezidenti Məhəmməd Əşrəf Qaniyə Əfqanıstanın Müstəqillik günü münasibətilə təbrik məktubu ünvanlayıb.

 

Lenta.z-ın AzərTAc-a istinadən məlumatına görə, təbrikdə belə deyilir:

 

 

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Əfqanıstan arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına sülh və rifah diləyirəm.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 159
avatar

Oxşar yazılar