Prezident BP-nin baş icraçı direktoru qəbul edib
17 dekabr 2013 19:29 (UTC +04:00)

Prezident BP-nin baş icraçı direktoru qəbul edib

Prezident İlham Əliyev dekabrın 17-də BP şirkətinin baş icraçı direktoru Robert Dadlini qəbul edib.
 

APA-Economics”in məlumatına görə, görüşdə Azərbaycanla BP arasında uzunmüddətli əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, “Şahdəniz-2” üzrə yekun investisiya qərarının Avropanın enerji təhlükəsizliyinin təmin olunması və regional əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmi qeyd edilib.

 

Söhbət zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə BP arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 490
avatar

Oxşar yazılar