Prezident İlham Əliyev Belçikanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı avqustun 16-da Belçika Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bert Skufsun etimadnaməsini qəbul edib.