<b>Prezident Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib </b> - YENİLƏNİB
19 aprel 2017 12:05 (UTC +04:00)

Prezident Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev aprelin 19-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, Belçikaya səfərini məmnunluqla xatırlayan dövlət başçısı  bu səfər çərçivəsində səmərəli görüşlər keçirildiyini və müzakirələr aparıldığını qeyd edib. Səfər zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə start verildiyini deyən prezident İlham Əliyev həmin sazişin əməkdaşlığın daha da inkişaf etdirilməsində mühüm addım olduğunu vurğulayıb və  bu istiqamətdə işlərin fəal şəkildə davam etdiriləcəyinə və vaxtında yekunlaşdırılacağına ümidvar olduğunu bildirib. 
 
Tərəflər arasında sazişlə bağlı ümumi anlaşmanın mövcud olduğunu qeyd edən prezident İlham Əliyev işlərin yekunlaşmasının danışıqlar prosesinin gedişindən asılı olacağını vurğulayıb. Azərbaycan ilə Avropa İttifaqı arasında uzun illərdir yaxşı tərəfdaşlıq əlaqələrinin qurulduğunu deyən dövlət başçısı əməkdaşlığın əsas istiqamətlərinin artıq müəyyənləşdirildiyini, Avropa İttifaqının bir sıra ölkələri ilə sazişlər və memorandumlar imzalanması təcrübəsinin olduğunu qeyd edib. 
 
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, təmas xəttində vəziyyət, münaqişənin həlli ilə bağlı gedən danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

 

 

 

11:17

 

 

Aprelin 19-da prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsini qəbul edib

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Salber dövlət başçısının qəbulunda olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185
avatar

Oxşar yazılar