Prezident Avropa İttifaqının komissarını qəbul edib
02 may 2013 21:48 (UTC +04:00)

Prezident Avropa İttifaqının komissarını qəbul edib

 

Prezident İlham Əliyev  bu gün Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın verdiyi məlumata görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında uğurlu əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, münasibətlərin genişlənməsində qarşılıqlı səfərlərin önəmi qeyd edilib.

 

Görüşdə həmçinin enerji və terrorizmə qarşı mübarizə sahələrində əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb.

 

Görüş zamanı Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin müxtəlif sahələrdə yaxşı nəticələr verdiyi bildirilib, əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 424
avatar

Oxşar yazılar