Prezident İlham Əliyev Maurisio Makriyə Argentinanın prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik məktubu göndərib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrik məktubunda belə deyilir:
Hörmətli cənab Makri,
Argentina Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Argentina arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Argentina xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.