Səfir Merkelin göstərişlərini çatdırdı
15 avqust 2016 14:48 (UTC +04:00)

Səfir Merkelin göstərişlərini çatdırdı

Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabın etimadnaməsini qəbul edib.

 

APA-nın məlumatına görə, səfir M. Kindsqrab fəxri qarovul dəstəsinin qarşısından keçib, etimadnaməsini prezidentə təqdim edib.

 

Sonra İ. Əliyev səfirlə söhbət edib.

 

Dövlət başçısı Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin çox uğurla inkişaf etdiyini vurğulayıb. Bu ilin iyununda Almaniyaya uğurlu səfərini və eləcə də Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə Varşavadakı görüşünü məmnunluqla xatırlayan prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın çox fəal mərhələdə olduğunu deyib. İqtisadi sahədə böyük qarşılıqlı marağın olduğunu deyən dövlət başçısı bunun Berlində keçirilən biznes forum zamanı şahidi olduğunu qeyd edib.

 

Almaniyanın çoxlu şirkətlərinin ölkəmizdəki fəaliyyətinə toxunan prezident İlham Əliyev ölkəmizin alman şirkətlərinin Azərbaycanda təkcə kontraktor kimi deyil, eləcə də investor kimi çalışmalarında maraqlı olduğunu bildirib. Azərbaycanla Almaniya arasında qarşılıqlı inam və etimada əsaslanan siyasi dialoqun davam etdirilməsinin önəmini qeyd edən dövlət başçısı enerji, nəqliyyat, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

 

Qəbula görə minnətdarlığını bildirən M. Kindsqrab ikitərəfli əlaqələrimizin inkişaf etdirilməsi ilə bağlı Almaniyanın kansleri Angela Merkeldən və xarici işlər naziri Frank-Valter Ştaynmayerdən aydın göstərişlər aldığını bildirib. O, Angela Merkelin və Frank-Valter Ştaynmayerin sabit və inkişaf edən tərəfdaş ölkə olan Azərbaycanla əlaqələrin genişləndirilməsinə böyük maraq göstərdiklərini qeyd edib. Səfir son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artdığını xüsusi vurğulayıb. Almaniyalı diplomat siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığımızın daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini deyib.

 

Görüşdə Azərbaycanda həyata keçirilən islahatlar ətrafında fikir mübadiləsi aparıldı, ölkələrimiz arasında enerji, təhlükəsizlik, səhiyyə, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.

 

11:41

 

Prezident İlham Əliyev Almaniyanın ölkəmizə təyin olunan yeni səfiri ilə görüşüb.

 

Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, prezident İlham Əliyev avqustun 15-də Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabın etimadnaməsini qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 238
avatar

Oxşar yazılar