Peykimiz fevralda orbitə çıxacaq
15 yanvar 2013 18:02 (UTC +04:00)

Peykimiz fevralda orbitə çıxacaq

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ilə görüşüb.

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, Azərbaycanın ilk peykinin Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan 2013-cü ilin fevralında Fransanın “ArianeSpace” şirkətinin raket daşıyıcısı vasitəsilə qaldırılması və geostasionar orbitə çıxarılacağına sevindiyini bildirən Paskal Mönye Fransanın ölkəmiz üçün belə bir önəmli, tarixi hadisədə iştirakından məmnunluğunu dilə gətirib.

Telekommunikasiya peykinin Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacağını vurğulayan Paskal Mönyedeyib ki, Fransa tərəfi bundan sonra da ölkəmizin peyk sənayesinin inkişafına öz töhfəsini verməkdə davam edəcək. Azərbaycan və Fransa arasında İKT sahəsində əməkdaşlığın genişlənməsinə xüsusi önəm verən Paskal Mönye fransız şirkətlərinin ötən il olduğu kimi, bu il də “BakuTel-2013” informasiya və telekommunikasiya texnologiyaları sərgisində Milli Pavilyonla təmsil olunacağını, bundan əlavə, Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması məqsədilə iyun ayında Brüsseldə keçirilməsi nəzərdə tutulan “Avropa-2020 - Azərbaycan-2020” adlı konfransda Fransanın da fəal iştirak edəcəyini bildirib.

 Əli Abbasov gələcəkdə fransız şirkətləri ilə əlaqələrin yaxşılaşdırılacağını və bu əməkdaşlığın hər iki ölkə üçün faydalı olacağını söyləyib. Onun sözlərinə görə, İKT sahəsində qurulan münasibətlər siyasi münasibətlərin daha da yaxınlaşmasında əhəmiyyətli rol oynayacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 722
avatar

Oxşar yazılar