Paytaxt və bölgələrdə seçki məntəqələrinin qarşısında “exit-poll” keçirilir
01 noyabr 2015 13:12 (UTC +04:00)

Paytaxt və bölgələrdə seçki məntəqələrinin qarşısında “exit-poll” keçirilir

0
Parlament seçkiləri ilə əlaqədar seçki məntəqələrinin qarşısında “çıxışda səsvermə” (exit-poll) keçirilir.
 
APA TV-nin məlumatına görə, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi və “RƏY” Monitorinq Mərkəzi müstəqil, Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiə Mərkəzi “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası isə “AJF & Associates İnc.” şirkəti (ABŞ) ilə birgə “exit-poll” keçirir.
 
125 seçki dairəsinin əhatə edən “exit-poll” zamanı səsvermədə iştirak etmiş vətəndaşlardan məntəqəni tərk etdikdən sonra hansı namizədə səs verdiyi soruşulur. Vətəndaşların “exit-poll”da iştirakı, yəni sualları cavablandırması könüllü xarakter daşıyır.
 
Sorğu keçirən şirkətlər “exit-poll”un nəticələrini səsvermə başa çatdıqdan dərhal sonra açıqlayacaqlar. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar