Partiya rəhbəri Türkiyədə kimlərlə görüşdü?
08 oktyabr 2013 14:30 (UTC +04:00)

Partiya rəhbəri Türkiyədə kimlərlə görüşdü?

Hürrü Əliyev və onun rəhbəri olduğu Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyasının Təşkilat Komitəsinin (AMAC) nümayəndə heyəti Türkiyədə səfərdə olub. Bu barədə Lent.az-a partiyadan məlumat verilib. Təşkilat Komitəsinin sədri Hürrü Əliyev, təşkilat komitəsinin üzvləri Rafiq Turabxanoğlu, Həsən Qasımov və Azər Talıbovun iştirak etdiyi səfər çərçivəsində qardaş ölkədə bir sıra mühüm görüşlər keçirib. Səfər Mustafa Kamal Atatürkün dəfn olunduğu Anıt Qəbri və Məhəmməd Əmin Rəsulzadənin, Alparslan Türkeşin və Möhsün Yazıçıoğlunun  məzarını ziyarətlə başlanılıb. AMAC rəhbərliyinin Türkiyədə ilk görüşü Azərbaycan Kültür Dərnəyinin Ankara ofisində dərnəyin başqanı Cəmil Ünal və başqan yardımçısı Səlcuq Onalla keçirilib.

 

Bundan başqa H. Əliyevin rəhbərliyi altında AMAC təşkilat komitəsinin üzvləri Böyük Birlik Partiyasının mərkəzi qərargahında BBP-nin sədri Mustafa Dəstəci, Genel sekretar başkanı Üzeyir Tuncla görüşüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1339
avatar

Oxşar yazılar